...

Monqolustanda soyuq hava səbəbindən 3 milyondan çox otlayan heyvan tələf olub

Dünya xəbərləri Materials 4 Mart 2024 08:24 (UTC +04:00)
Monqolustanda soyuq hava səbəbindən 3 milyondan çox otlayan heyvan tələf olub

Bakı. Trend:

Monqolustanda qeyri-adi soyuq qışdan ölən otlayan heyvanların sayı 3 milyonu keçib, yazın son illərə nisbətən daha soyuq keçəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ölkənin fövqəladə hallar üzrə xüsusi dövlət komissiyası bildirib.

"Mart ayının əvvəlinə olan məlumata görə, güclü qar ilə müsahidə olunan qeyri-adi soyuq qışda ölkəmizdə 3 milyon 89 min 420 baş otlayan heyvan aclıqdan tələf olub. İtkilər 2024-cü ilin əvvəlinə qeydə alınan mal-qaranın 4,7 faizini təşkil edib", - deyə qeyd olunub.

Məlumata əsasən, indiki çətin vəziyyət gələn yaza qədər daha da ağırlaşacaq. Meteoroloqların məlumatına görə, Monqolustanda havanın orta illik normadan daha soyuq olacağı, güclü qar və toz fırtınaları olacağı gözlənilir. Bu, mal-qaranın otarılması və qarşıdan gələn balalama üçün əlverişsiz şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti