...

Türkiyədə Nazirlər Kabinetinin iclası keçirilib

Dünya xəbərləri Materials 4 Mart 2024 17:47 (UTC +04:00)
Türkiyədə Nazirlər Kabinetinin iclası keçirilib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Türkiyə prezidentinin iqamətgahında keçirilən iclasda prioritet mövzu inflyasiya ilə mübarizə başda olmaqla, ölkə iqtisadiyyatındakı son vəziyyətdir.

Bundan başqa, ölkədə martın 31-də keçiriləcək seçkilərin təhlükəsiz şəraitdə olması üçün görüləcək tədbirlər də iclasda müzakirə edilib.

Həmçinin, Türkiyə hüdudlarında və hüdudlarından kənarda terrorizmlə mübarizə, F-16 təyyarələrinin ABŞ-dən satınalma prosesi də müzakirə olunacaq mövzular arasındadır.

İclasda müzakirə olunacaq xarici məsələlər arasında Qəzza zolağındakı vəziyyət əsas yer tutub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti