...

Fransada tikilməkdə olan körpü çöküb - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 5 Mart 2024 12:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın cənubunda metro xətti üzərində tikilməkdə olan körpünün çökməsi nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, çökən körpü Fransanın dördüncü böyük şəhəri olan Tuluzanın mərkəzindən təxminən 14 kilometr məsafədəki Labej rayonunda yerləşir.

Tikinti işlərini aparan şirkətinin rəhbəri hadisənin səbəbinin hələlik məlum olmadığını bildirib.

Zərər çəkənlərin sayının dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti