Hakan Fidan ABŞ-yə rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 5 Mart 2024 14:50 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 7-8-də Vaşinqtonda keçiriləcək xarici işlər nazirləri səviyyəsində Türkiyə-ABŞ Strateji Mexanizm iclasında iştirak edəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, iclasa Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken sədrlik edəcək.

Məlumata əsasən, diplomatik görüşlərdə Türkiyə ilə ABŞ arasında iqtisadi və strateji məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden 2021-ci ilin payızında keçirdikləri görüşlərdə strateji mexanizm hazırlayıb.

Xəbər lenti

Xəbər lenti