...

Kanada 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib

Dünya xəbərləri Materials 7 Mart 2024 20:25 (UTC +04:00)
Kanada 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadalı təlimatçılar 2015-ci ildən indiyədək 40 mindən çox ukraynalı əsgər və zabitə təlim keçib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən Təhlükəsizlik və Müdafiə Konfransında bildirib.

Nazir qeyd edib ki, ukraynalılar digər məsələlərlə yanaşı, taktika, komandanlıq, nəzarət və ərazilərin minalardan təmizlənməsi üzrə təlim keçiblər.

Qeyd edək ki, 2023-cü ildə Kanadanın Baş naziri Castin Trüdo təlimlərin 2026-cı ilə qədər davam etdiriləcəyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti