...

ABŞ dəniz yolu ilə yardım çatdırmaq üçün Qəzzada liman tikəcək

Dünya xəbərləri Materials 7 Mart 2024 21:31 (UTC +04:00)
ABŞ dəniz yolu ilə yardım çatdırmaq üçün Qəzzada liman tikəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Kipr vasitəsilə dəniz yolu ilə Qəzza zolağına humanitar yardım çatdırmaq üçün Qəzza zolağında liman yaratmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Amerika administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün xüsusi onlayn brifinqdə bildirib.

O qeyd edib ki, bu gün ABŞ prezidenti Co Bayden "Ölkənin vəziyyəti" ilə bağlı müraciətində ABŞ ordusuna həmfikir ölkələr və humanitar tərəfdaşlarla əməkdaşlıq edərək Qəzzada liman yaratmaq üçün təcili missiya təyin etdiyini elan edəcək.

"İlk tədarüklər ABŞ ordusunun və tərəfdaş və müttəfiqlər koalisiyasının dəstəyi ilə Kipr vasitəsilə həyata keçiriləcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti