...

ABŞ-da helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 9 Mart 2024 07:20 (UTC +04:00)

Bakı. Trend:

Texasda ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb.

Trend xəbər verir ki, hadisə Meksika ilə sərhədə yaxın La Qrulla qəsəbəsində baş verib.

Qəza nəticəsində azı iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb.

Yerli hökumət sözçüsü təsdiqləyib ki, bu, federal tapşırıqla Sərhəd Patrul Xidməti ilə işləyən hərbi helikopterdir.

Xəbər lenti

Xəbər lenti