...

Dünyada ən çox silah ixrac edən ölkələrin adları açıqlanıb

Dünya xəbərləri Materials 11 Mart 2024 14:49 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada silah ixracı iki dəfə azalıb, Fransa dünyanın əsas silah ixracçıları siyahısında Rusiyanı ötərək 2-ci yer tutub.

Trend xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünya ölkələrinin silah ixracı ilə bağlı göstəricilərini əks etdirən hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, 2019-2023-cü illərdə Rusiyadan silah ixracı 2014-2018-ci illərlə müqayisədə 53 faiz azalıb. Belə ki, ölkə ilk dəfə olaraq dünyanın ən böyük silah ixracçıları siyahısında üçüncü yerə düşüb.

Qeyd olunan dövrdə silah ixracını 47 faiz artıran Fransa isə siyahıda ikinci yer tutub (dünyada silah ixracının 11 faizini təşkil edir). Əvvəlki dövrlə müqayisədə silah istehsalını 17 faiz artıran ABŞ isə (dünya bazarının 42 faizi) siyahıya liderlik edir.

Dünyada ən çox silah ixrac edən ölkələrin onluğuna həmçinin Çin (dünya bazarının 5,8 faizi), Almaniya (5,6 faiz), İtaliya (4,3 faiz), Böyük Britaniya (3,7 faiz), İspaniya (2,7 faiz), İsrail (2,4 faiz) və Cənubi Koreya (2 faiz) daxil olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti