...

Rusiyada "İl-76" təyyarəsi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 12 Mart 2024 15:33 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın İvanov vilayətində "İl-76" hərbi təyyarəsi planlı uçuş həyata keçirərkən qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarədə 8-i ekipaj üzvü və 7-si sərnişin olmaqla, 15 nəfər olub.

Qəzaya təyyarənin mühərriklərindən birində baş verən yanğının səbəb olduğu bildirilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti