...

İranın Pakistanla sərhədində əsgər güllələnib

Dünya xəbərləri Materials 18 Mart 2024 14:33 (UTC +04:00)
İranın Pakistanla sərhədində əsgər güllələnib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Pakistanla sərhəd Hirmənd məntəqəsində naməlum silahlıların atəş açması nəticəsində İranın sərhəd alayının bir əsgəri güllələnərək öldürülüb.

Trend-in məlumatına görə, bu haqda İranın Sistan və Bəluçestan vilayətinin sərhəd mühafizə xidməti məlumat yayıb.

İranla Pakistan sərhədində sərhədin qarşı tərəfindən atəş açılması nəticəsində əsgər Məhəmməd Cavad Bəyanati ölüb.

Hadisə ilə əlaqədar əlavə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti