...

Moskvada qarşıdakı istirahət günlərində bütün mədəni tədbirlər ləğv edilib

Dünya xəbərləri Materials 23 Mart 2024 00:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdan gələn istirahət günlərində Moskvada bütün idman, mədəni və kütləvi tədbirlər ləğv olunub.

Trend xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin qərar qəbul edib.

“Mən bu həftəsonu Moskvada bütün idman, mədəni və digər kütləvi tədbirləri ləğv etmək qərarına gəldim”, - deyə mer özünün teleqram kanalında yazıb.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 40 nəfər ölüb, 140-dan çox yaralanan var. Əraziyə cəlb olunan xüsusi təyinantlılar artıq təmizləmə əməliyyatını icra edirlər.

Xəbər lenti

Xəbər lenti