...

Kamçatka sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 Mart 2024 07:11 (UTC +04:00)
Kamçatka sahillərində 5,7 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Sakit okeanda Rusiyanın Kamçatka yarımadasının cənub-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin filialı xəbər verib.

Bildirilib ki, zəlzələnin episentri Şipunski burnu ilə üzbəüz dərin dəniz xəndəyinin arxasında yerləşib.

Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, zəlzələnin ocağı 95 kilometr dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti