...

Maduro sui-qəsdə məruz qaldığını açıqlayıb

Dünya xəbərləri Materials 26 Mart 2024 10:26 (UTC +04:00)
Maduro sui-qəsdə məruz qaldığını açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə ona qarşı planlanan sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə yerli telekanallardan birinə verdiyi müsahibədə deyib.

Qeyd edək ki, təkcə bu ay ərzində iki venesuelalı dövlət başçısına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

2024-cü ilin yanvarında isə ölkənin müxalifət partiyasının 32 üzvü ABŞ-nin köməyi ilə N.Maduroya qarşı sui-qəsd təşkil etməkdə ittiham olunaraq həbs edilib.

Xatırladaq ki, N.Maduro 2013-cü ildən Venesuelanın prezidentidir.

Xəbər lenti

Xəbər lenti