...

Akif Çağatay Kılıç ABŞ nümayəndə heyəti ilə görüşüb

Dünya xəbərləri Materials 30 Mart 2024 05:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, görüşdə Türkiyə-ABŞ münasibətləri ilə yanaşı, regional və beynəlxalq inkişaflar, İŞİD terror təşkilatı və ekstremizmlə mübarizə müzakirə edilib.

Bundan əlavə olaraq, PKK və onun mütəşəkkil cinayətkarlıq fəaliyyətləri, Rusiya-Ukrayna müharibəsi və Fələstindəki insanlıq faciəsi görüşün gündəmində olub.

İclasda ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers, yüksək səviyyəli üzv Adam Smit və üzvlər Salud Carbajal və Veronika Eskobar, ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk və ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti