Bakı. Trend:
Hazırda iki ABŞ vətəndaşı və bir neçə əcnəbi Əfqanıstan müvəqqəti hökumətinin nəzarətindədir.
Trend-in məlumatına görə, bunu “Taliban” hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid deyib.
Onun sözlərinə görə, əcnəbilər Əfqanıstan qanunlarını pozduqlarına görə həbs ediliblər.