...

Meksika sahillərində qayıq çevrilib: 8 ölü

Dünya xəbərləri Materials 1 Aprel 2024 10:40 (UTC +04:00)
Meksika sahillərində qayıq çevrilib: 8 ölü
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Meksika sahillərində çinli miqrantların olduğu gəmi qəzaya uğrayıb, 8 nəfər ölüb.

Trend xəbər verir ki , bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, yeddisi qadın, biri kişi olan çinli miqrantlar Meksika ilə sərhəddən ABŞ ərazisinə qanunsuz girməyə çalışırmış.

Hadisə ilə bağlı araşdırma aparılır. Prokurorluq cəsədlərin tanınması üçün Meksikadakı Çin səfirliyi ilə əməkdaşlıq etdiyini bildirib.

Qeyd olunub ki, son illərdə Meksika sərhədi vasitəsilə ABŞ ərazisinə qanunsuz yolla keçməyə çalışan çinli miqrantların sayı sürətlə artıb. 2023-cü ildə Meksikadan ABŞ-a qanunsuz yolla girməyə çalışan 37 mindən çox Çin vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti