...

NASA Floridada evə düşən sirli “kosmik obyekti” araşdırır

Dünya xəbərləri Materials 3 Aprel 2024 20:55 (UTC +04:00)
NASA Floridada evə düşən sirli “kosmik obyekti” araşdırır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

NASA Florida ştatında evə düşən naməlum obyekti araşdırmağa başlayıb. Ehtimallardan biri onun Beynəlxalq Kosmik Stansiyadan atılan zibil parçası olmasıdır.

Trend “Science Alert” saytına istinadən xəbər verir ki, martın 8-də günorta saatlarında göydən düşən naməlum cisim Alejandro Oteronun Florida ştatının Neapol şəhərindəki evinin damını dəlib.

Kosmik agentliyin açıqlamasına görə, NASA cismin mənşəyini müəyyənləşdirmək üçün onu Floridadakı Kennedi Kosmik Mərkəzində tədqiq edəcək. Dəqiq məlumat tədqiqat işləri başa çatdıqdan sonra əldə olunacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti