Bakı. Trend:
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.
Trend xəbər verir ki, hücum edənlər “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləridir.
Atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub,
Hazırda hadisənin təfərrüatları araşdırılır.