Bakı.Trend:
Ötən gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Rask və Çabahar rayonlarında baş verən terror aktlarında 5 iranlı zabit və 18 terrorçu ölüb.
Trend-in məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) quru qoşunları komandanı briqada generalı Məhəmməd Pakpur deyib.
Onun sözlərinə görə, “Ceyş əl-Ədl” terror qruplaşmasının terrorçuları iki şəhərdə 3 məntəqəyə hücum ediblər. Nəticədə 3 polis zabiti və 2 SEPAH üzvü ölüb.
Pakpur bildirib ki, Rask rayonunda 1 saat davam edən silahlı qarşıdurmada 5 terrorçu öldürülüb və terrorçuların üzərindəki partlayıcı qurğu işə düşərək partlayıb. Çabahar rayonunda iki məntəqəyə qarşı həyata keçirilən terror aktında isə 13 terrorçu öldürülüb.
Onun sözlərinə görə, hazırda Çabahar və Rask rayonlarında sakitlik hökm sürür.