...

ABŞ Ukraynaya daha çox silah göndərmək imkanlarını araşdırmağa hazırdır - Blinken

Dünya xəbərləri Materials 4 Aprel 2024 23:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və müttəfiqləri Ukraynaya daha çox silah ötürmək imkanlarının olub-olmamasını diqqətlə yoxlamağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında deyib.

"Söhbət hava hücumundan müdafiə sistemlərindən, artilleriyadan, mərmilərdən gedir. Biz hamımız, o cümlədən ABŞ, Ukraynaya tələb olunduğu daha çox resursları təmin edə biləcəyimizi diqqətlə yoxlamağa hazırıq", - deyə o bildirib.

Eyni zamanda, o, yenidən ABŞ Konqresini Ağ Evin Ukraynaya hərbi yardım üçün əlavə maliyyə sorğusunu tez bir zamanda təsdiqləməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti