Bakı. Trend:
İsrail ordusu ötən gecə Livanın cənubuna zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində "Hizbullah" hərəkatının "Radvan" diversiya dəstəsinin komandirlərindən biri Əli Əhməd Hasin zərərsizləşdirib.
"Zərbə Livanın cənubunda Əs-Sultaniyyə rayonuna endirilib", - məlumatda deyilir.