...

Üç xəzəryanı dövlətin sərhədçiləri Xəzərdə 60-dan çox brakonyer saxlayıb

Dünya xəbərləri Materials 13 Aprel 2024 17:17 (UTC +04:00)
Üç xəzəryanı dövlətin sərhədçiləri Xəzərdə 60-dan çox brakonyer saxlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan sərhədçiləri rusiyalı və azərbaycanlı həmkarları ilə birlikdə aprelin əvvəlindən Xəzər dənizinin akvatoriyasında 60-dan çox brakonyer saxlayıblar.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.

Məlumat görə, inzibati cərimələrin məbləği 3 milyon təngədən (6,6 min dollar) çoxdur. 1041 nərə balığı, 14 min 659 sıx torla tutulan balıq və 63 suiti təbii yaşayış mühitinə buraxılıb.

Qeyd edilib ki, Xəzər dənizinin akvatoriyasının mühafizəsinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

“Aprelin 1-dən Qazaxıstan MTK-nın Sərhəd Xidməti tərəfindən respublikanın müvafiq dövlət orqanları, eləcə də Azərbaycan və Rusiya sərhəd idarələri ilə birlikdə Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi üzrə əməliyyat-profilaktik tədbirlərin növbəti mərhələsi həyata keçirilir. Birgə əməliyyatlar başlayandan bəri 39 kiçik gəmidə 63 cinayətkar saxlanılıb, 187 km brakonyerlik silahı ələ keçirilib", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti