...

Yaponiyada iki güclü zəlzələ olub

Dünya xəbərləri Materials 17 Aprel 2024 19:34 (UTC +04:00)
Yaponiyada iki güclü zəlzələ olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.

Trend xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, 6,4 bal gücündə zəlzələ yerli vaxtla saat 23.14-də, 5 bal gücündə isə 23.19-da baş verib. 6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti