...

Rusiyada polislərə hücum - Ölənlər var

Dünya xəbərləri Materials 29 Aprel 2024 09:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Qaraçay-Çərkəz bölgəsində yol polisi dəstəsinə hücum olub, 2 polis əməkdaşı ölüb.

Trend xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 4 polis əməkdaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hücum edənlərdən 5 nəfər yerində məhv edilib.

Hadisə yerində bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Rusiya Federasiyası İstintaq Komitəsi hücumla bağlı cinayət işi açıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti