...

Slovakiya parlamenti baş nazirə görə təcili toplanır

Dünya xəbərləri Materials 15 May 2024 20:30 (UTC +04:00)
Slovakiya parlamenti baş nazirə görə təcili toplanır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya parlamenti Baş nazir Robert Fitsoya qarşı törədilmiş sui-qəsd hadisəsi ilə əlaqədar növbədənkənar təcili iclas çağırıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, iclasda ölkədə yaranmış fövqəladə vəziyyətlə əlaqədar növbəti addımlar müzakirə ediləcək.

Məlumata görə, ölkənin bütün siyasi qüvvələri baş vermiş hadisəni pisləyən bəyanatlar veriblər. Eləcə də müxalifət partiyaları ictimai teleradio ilə bağlı hökumətin hazırladığı islahata qarşı təşkil olunan nümayişi təxirə salıb.

Qeyd edək ki, Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə dəfə atəş açılıb. Yaralanan nazir xəstəxanaya aparılıb. Baş nazirə sui-qəsd edən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti