...

Slovakiya baş nazirinə edilən sui-qəsd demokratiya üçün təhlükəlidir - Yılmaz

Dünya xəbərləri Materials 16 May 2024 02:44 (UTC +04:00)

Bakı. Trend:

Slovakiya baş nazirinə edilən sui-qəsd demokratiya üçün təhlükəlidir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.

“Slovakiyanın Baş naziri cənab Robert Fitsoya edilən iyrənc hücumdan çox kədərlənirəm. Bu sui-qəsd birbaşa demokratiya üçün təhlükədir. Belə aksiyalara heç bir cəmiyyətdə yer olmamalıdır” – deyə o qeyd edib.

Yılmaz ölkəsində qatıldığı tədbirdə silahlı hücuma məruz qalan Slovakiyanın baş naziri Robert Fitsoya tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd edilib.

Hücumdan dərhal sonra nazir xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti