...

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

Dünya xəbərləri Materials 22 May 2024 05:20 (UTC +04:00)

Bakı. Trend:

“Meta” korporasiyası Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd edən Juray Çintulanın feysbuk sosial şəbəkəsindən hesabını silib.

Trend-in məlumatına görə, bu barədə “Aktuality” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hesab mayın 16-na keçən gecə silinib. Korporasiya bu addımı vətəndaşlar və cəmiyyət üçün təhlükə yaradan feysbuk istifadəçiləri ilə bağlı mövcud qaydalara əsaslanaraq atıb.

Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok daha əvvəl bildirmişdi ki, Fitsonun həyatına sui-qəsd işi üzrə istintaq hadisənin təkbaşına törədilmədiyi versiyası üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti