...

Ermənistanda keçmiş nazirin 29 milyon dollarlıq əmlakının müsadirəsi tələb olunur

Dünya xəbərləri Materials 22 May 2024 17:26 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın antikorrupsiya məhkəməsinə ölkənin keçmiş müdafiə naziri Vigen Sarkisyanın əmlakının müsadirəsi ilə bağlı iddia ərizəsi daxil olub.

Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Məlumata görə, keçmiş nazirin müsadirə olunması tələb edilən daşınar və daşınmaz əmlakının, o cümlədən pul vəsaitinin məbləği 29 milyon dollardır. Buraya İrəvanın mərkəzində və ABŞ-də milyonlarla dollar dəyərində əmlaklar, eləcə də 2004-2020-ci illərdə qanunsuz yolla mənimsənilmiş pul vəsaiti daxildir.

Qeyd olunub ki, Vigen Sarkisyan şübhələri aradan qaldırmaq üçün sərvətinin bir hissəsini həyat yoldaşı Lusine Qalajyanın adına rəsmiləşdirib.

Qeyd edək ki, Vigen Sarkisyan 2016-2018-ci illərdə Ermənistanın müdafiə naziri olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti