Bakı. Trend:
Güclü "Remal" siklonu səbəbindən Banqladeş və Hindistanda 1 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi xəbər verib.
Banqladeş Meteorologiya İdarəsindən bildirilib ki, fırtına yerli vaxtla saat 20:00-da ölkənin cənub-qərbinə çatıb. Küləyin sürəti 120 km/saata çatıb.
Bildirilib ki, təbii fəlakətdən əziyyət çəkən iki Cənubi Asiya respublikasının ərazilərində milyon insan yaşayır. Onlar daha təhlükəsiz yerlərə köçürülüblər.