...

Çexiyada 18 nəfəri ildırım vurub

Dünya xəbərləri Materials 3 İyun 2024 01:46 (UTC +04:00)

Bakı. Trend:

Çexiyanın Vratislavitse şəhərindəki parkda 18 nəfəri ildırım vurub.

Trend-in məlumatına görə, hadisə yerli sakinlər parkda tədbir keçirərkən baş verib. İldırımın təsirinə böyük ağacın altında oturan şəxslər məruz qalıblar.

Zərərçəkənlərdən beş uşaqdır. Yaralılardan yeddisi reanimasiyaya yerləşdirilib, bir uşaq paytaxt Praqadakı xəstəxanalardan birinə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti