...

Hindistanda “Su-30MKI” qırıcısı qəzaya uğrayıb

Dünya xəbərləri Materials 5 İyun 2024 03:48 (UTC +04:00)

Bakı.

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-30 MKI” qırıcısı qərbi Maharaştra ştatında qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Şirasqaon kəndi yaxınlığında əkin sahəsinə düşüb və alovlanıb.

Qəza yerinə polis və təcili yardım xidmətləri gəlib. Pilotlara tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti