...

Rusiya prezidenti Vyetnama səfərə gəlib

Dünya xəbərləri Materials 20 İyun 2024 05:48 (UTC +04:00)

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Vyetnamın Hanoy şəhərinə gəlib.

Trend-in məlumatına görə, burada V.Putinin Vyetnamın bütün ali rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir.

Rusiya prezidenti Vyetnama Şimalo Koreya səfərindən sonra gəlib.

Məlumata əsasən, V.Putin Hanoyda Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Fu Çonq, prezident To Lam, baş nazir Fam Min Tinh və Milli Assambleyanın sədri Tran Than Man ilə görüşəcək.

Bildirilib ki, danışıqlar zamanı Rusiya ilə Vyetnam arasında ticarət-iqtisadi, elmi-texniki və humanitar sahələrdə hərtərəfli strateji tərəfdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivlərinin müzakirə ediləcəyi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti