...

Fransada deputatlığa namizəd hücuma məruz qalıb

Dünya xəbərləri Materials 21 İyun 2024 16:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sorğularda Fransa parlamentinə erkən seçkidə qalib gələcəyini təxmin edildiyi sağçı Milli Ralli partiyasından (RN) deputatlığa namizəd hücuma məruz qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, seçkinin birinci turuna 10 gün qalmış RN-dən deputatlığa namizəd 68 yaşlı Erve Breyə Sent-Etyen kommunasında təşviqat aparan zaman hücum olunub.

Bildirilir ki, qara geyimli və maskalı dörd nəfərdən ibarət dəstə ona yaxınlaşıb. Onlar namizədi və digər RN üzvlərini hədələyib, sonra onları itələməyə başlayıblar. Kardiostimulyatoru olan Brey insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Polisə şikayət edilib, məsələ ilə bağlı araşdırma başlanılıb.

Xəbər lenti

Xəbər lenti