...

Britaniya hərbçiləri Yəmən sahillərində gəmiyə yeni hücum barədə məlumat verib

Dünya xəbərləri Materials 23 İyun 2024 10:34 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yayında Dəniz Ticarət Yükdaşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) Yəmən sahillərində gəmiyə yeni hücum barədə məlumat verib.

Trend-in məlumatına görə, bu barədə Mərkəz "X" sosial şəbəkəsində yazıb.

"UKMTO Yəmənin Hudeyda şəhərindən 65 dəniz mili qərbində baş vermiş insident barədə bildiriş alıb", - deyə bildirilib. Qeyd olunub ki, hakimiyyət orqanları hadisənin başvermə şəraitini araşdırır.

Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur.

UKMTO-nun hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları verilməyib.

Xəbər lenti

Xəbər lenti