...

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı artıb

Dünya xəbərləri Materials 23 İyun 2024 23:33 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1300 nəfəri keçib.

Trend xəbər verir ki, bu barədə krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlacel bildirib.

“Həcc zamanı ölənlərin sayı 1301 nəfər olub, ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir vurğulayıb.

Bildirilib ki, qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizə orqanlarının əməkdaşlarının Həcc vizalarını yoxladıqları keçid məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar. Həddindən artıq istilər zamanı zəvvarlar xroniki xəstəliklərin ağırlaşması və fiziki yorğunluq səbəbindən dünyasını dəyişib. Ölümlərin böyük əksəriyyəti yaşlı insanlar arasında baş verib.

Qeyd edək ki, Məkkədə gündüz havanın temperaturu demək olar ki, 52 dərəcəyə çatıb.

Xəbər lenti

Xəbər lenti