...

Aİ Macarıstanın Rusiyanın aktivləri hesabına silah alışına veto qoymasından yan keçəcək mexanizm yaradıb - Borrel

Dünya xəbərləri Materials 24 İyun 2024 09:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyev üçün silah alışına Macarıstanın veto qoymasından yan keçəcək mexanizm hazırlayıb.

Trend xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel bildirib.

Onun sözlərinə görə, vetodan yan keçmə mexanizmi hər hansı hüquqi qərar kimi mürəkkəb, lakin işlək olacaq.

Nəşrin məlumatına görə, Aİ xarici işlər nazirləri bu sxemi iyunun 24-də keçiriləcək iclasda müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti