Bakı. Trend:
Filippin və Yaponiya iyulun 8-də müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar.
Trend-in məlumatına görə, bu barədə "ABS-CBN News" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, saziş çərçivəsində Filippin və Yaponiya hərbçiləri öz ölkələrində qarşılıqlı əlaqədə ola və təcrübə mübadiləsi apara biləcəklər.
Filippin prezidenti kiçik Ferdinand Romualdez Markosun mətbuat xidmətinin məlumatına görə, qarşılıqlı çıxış adlanan sazişin imzalanması Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və onun kabinetdəki həmkarı, müdafiə naziri Minoru Kiharanın Manilaya səfəri zamanı baş tutacaq.