...

Polşa bu ölkə ilə sərhəddə yük maşınlarının keçidini dayandırıb

Dünya xəbərləri Materials 10 İyul 2024 21:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Belarusla sərhəddəki Kozloviçi keçid məntəqəsində yük maşınlarının buraxılışını dayandırıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, Kozloviçi keçid məntəqəsi Belarusdan gələn yük maşınlarını qəbul etmir.

Gömrük Komitəsi ötən gecə nəzarət-buraxılış məntəqəsində 600-ə yaxın yük maşınının yığıldığını qeyd edib. Hazırda Belarus-Polşa sərhədində yerləşən altı yol-keçid məntəqəsindən dördü Varşavanın təşəbbüsü ilə fəaliyyət göstərmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti