Bakı. Trend:
Ermənistan və Gürcüstan müdafiə nazirləri görüşüb.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, İrəvanda səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Çikovani erməni həmkarı Suren Papikyanla görüşüb.
Müdafiə nazirləri Ermənistan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün əməkdaşlıq planı imzalayıb.