...

Dünya əhalisinin sayı 2080-ci ilə qədər pik həddə çatacaq - BMT

Dünya xəbərləri Materials 14 İyul 2024 08:59 (UTC +04:00)

Bakı. Trend:

Yaxın 60 ildə dünya əhalisinin sayı artmaqda davam edəcək və 2080-ci illərin ortalarına qədər 10,3 milyarda çatacaq.

Trend xarici mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti məlumat yayıb.

“Dünya əhalisinin hələ 50-60 il artmağa davam edəcəyi və bu rəqəmin 2080-ci illərin ortalarında təxminən 10,3 milyarda çatacağı gözlənilir. Əhalinin sayının pik həddə çatdıqdan sonra əsrin sonuna qədər tədricən 10,2 milyard nəfərə enərək azalmağa başlayacağı proqnozlaşdırılır”, - deyə təşkilatın hesabatında qeyd olunur.

Xəbər lenti

Xəbər lenti