...

Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin sədri seçilib

Dünya xəbərləri Materials 16 İyul 2024 15:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Maltalı siyasətçi Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin (AP) sədri seçilib.

Trend xarici mediaya istinadən xəbər verir ki, AP-nin Avropa seçkilərindən sonra səsvermənin keçirildiyi ilk iclası parlamentin saytında yayımlanır.

Metsolanın namizədliyinə 562 avropalı parlamentari səs verib. Metsolanın rəqibi İspaniyadan olan deputat, İspaniyanın solçu “Podemos” (“Biz bacarırıq”) partiyasının üzvü İrene Montero idi.

Xəbər lenti

Xəbər lenti