...

Xəzərdə hərbi təlimlər başlayıb

Dünya xəbərləri Materials 22 İyul 2024 12:31 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İranın Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü və Xəzər dənizindəki bütün dəniz qüvvələrinin əməkdaşlığı ilə “Xəzər Dənizi Təhlükəsizliyi, Xilas və Yardım 2024” təlimləri keçirilir.

Trend-in məlumatına görə, bunu “Xəzər Dənizi Təhlükəsizliyi, Xilas və Yardım 2024” təlimlərinin sözçüsü Abbas Həsəni deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq İranın təşəbbüsü ilə keçirilən təlimlərin müxtəlif mərhələlərinə Xəzəryanı ölkələrin nümayəndələri nəzarət edirlər.

Həsəni bildirib ki, təlimlərdə yanğınsöndürmə əməliyyatı, hava vasitəsi ilə xilasetmə, helikopter vasitəsi ilə yaralıların daşınması, hava və dənizdəki hədəflərə atəşin açılması nəzərdə tutulub.

“Xəzər dənizi sülh və dostluq dənizidir. Buna əsasən İran Xəzəryanı ölkələrlə əməkdaşlığı artırmaq ardıncadır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti