...

Fars körfəzində qaçaqmalçılıq yolu ilə neft daşıyan tanker saxlanılıb

Dünya xəbərləri Materials 29 İyul 2024 16:26 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İran Hərbi Dəniz Qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə neft daşıyan tanker saxlayıb.

Trend xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Məlumata görə, qaçaqmalçılıq yolu ilə 700 min litr neft daşıyan "Pearl G" neft tankeri "Araş" neft yatağı yaxınlığında İran barjalarından neft boşaldarkən saxlanılıb.

Qeyd olunub ki, Qərbi Afrika dövləti olan Toqonun bayrağı altında üzən tanker BƏƏ-də yaşayan İraq vətəndaşının adına qeydiyyatda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti