Bakı. Trend:
İyun ayında “Tesla” şirkəti kapot qapaqları ilə bağlı yaşanan problemlər səbəbindən elektrik avtomobillərini kütləvi şəkildə geri çağırmağa qərar verib.
Trend xəbər verir ki, bu barədə “Ars Technica” nəşri məlumat yayıb.
Ümumilikdə, şirkət son dörd ildə istehsal edilən 1,85 milyon “3”, “S”, “X” və “Y” modellərini bir aydan az müddətdə geri çağırıb.
Problem ilk dəfə mart ayında Çində “Tesla” sahiblərinin kapotun təsadüfən açılması barədə şikayət etməsi ilə məlum olub.
Araşdırma zamanı problemin kapotun kilid açarının deformasiyası ilə əlaqəli olduğu aşkar edilib. Bu, müştərilərin kapotun açıq olması barədə bildirişlər almasına mane olur.
Bildirilib ki, problem kapotun qapağı ilə əlaqədar olsa da, proqram yeniləməsi ilə həll edilə bilər.