Bakı. Trend:
Çin Xalq Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi ölkə ərazisində quraşdırılmış qanunsuz anemetrik qüllələr aşkar edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, quraşdırma işləri xarici ölkələrin kəşfiyyatı ilə bağlı olan bəzi şirkətlər tərəfindən həyata keçirilib və qüllələr məxfi məlumatların toplanması üçün lazımdır.
Qüllələrdən istifadə etməklə toplanan bütün məlumatlar xaricə ötürülüb ki, bu da ölkənin milli təhlükəsizliyinə təhdidlər yaradıb.