...

Fransada yeni baş nazirlə bağlı sorğu keçirildi

Dünya xəbərləri Materials 21 Avqust 2024 20:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Harris Interactive” sorğu mərkəzi fransızlar arasında ölkənin yeni Baş naziri olaraq kimi görmək istədikləri ilə bağlı sosial sorğu keçirib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Siyahıda Fransanın bütün siyasi həyatını əks etdirən, bəziləri hələ də siyasətdə olan, bəziləri illərdir siyasət səhnəsindən uzaq qalan 35 şəxsiyyətin adları yer alıb.

Respondentlərin 40 faizi Qabriel Attalın Baş nazir vəzifəsində qalmasına üstünlük veriblər. O, populyarlıq reytinqindən faydalanır. Makronistlərin 81 faizi, Respublikaçıların (LR) 76 faizi, ekoloqların isə 49 faizi və sosialistlərin 44 faizi Q. Attalı Baş nazir vəzifəsində görmək istədiklərini bəyan ediblər. Hətta “Əyilməz Fransa” və Milli Birlik partiyalarının hər 5 üzvündən biri onun Baş nazir olmasına müsbət rəy verib.

Ksavye Bertran 39 faiz müsbət rəylə ikinci yerdə qərarlaşıb. Onu dəstəkləyənlərin 91 faizi Milli Birlik partiyasındandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti