Bakı. Trend:
Estoniya, Latviya və Litva 1994-cü ildə SSRİ-dən miras qalan dəmir yolu sistemini yeniləmək və Avropa dəmir yolu şəbəkəsinə inteqrasiya etməyi qərara almışdı.
Trend-in məlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.
Məlumata əsasən, bu sahədə müəyyən işlər görülsə də, layihənin icrası ciddi şəkildə ləngiyir.
2017-ci ildə ortaya atılan “Rail Baltica” layihəsinin 10 ilə tamamlanması nəzərdə tutulurdu. Layihənin ilkin dəyəri 5,7 milyard avro idi. 2023-cü ilin sonunda Vilnüslə Riqa arasında yeni qatarlar istismara verilib. 300 kilometr məsafəni 4 saata qət etmək mümkün olub. Lakin bu hələ son deyil.
Hər 3 ölkənin hesablama palatalarının bu günlərdə verdiyi məlumata görə, Litvada işlər 2020-ci ildə başa çatmalı olsa da, layihənin icra müddəti 2026-cı ilədək uzadılıb. Latviyada isə layihə dəyişdirilərək ikixətli deyil, birxətli dəmir yolunun çəkilməsi belə, maliyyə problemlərini həll etməyib. Yarıbayarı azaldılmış layihənin icrası üçün əlavə 10 milyard avro tələb olunur.
Litvada işlərin icrası Fransanın “Eiffage” konsorsiumuna həvalə olunub. İşlər rəsmi olaraq may ayında təntənəli şəkildə başlasa da, reallıqda heç bir iş görülməyib.