Bakı. Trend:
Husi qüvvələrinin komandanlığı artıq yəhudi dövlətinin ərazisində hədəfləri müəyyən edib.
Trend-in məlumatına görə, üsyançı "Ənsar Allah" hərəkatının Yəmən husilərinin qüvvələri İsrailə zərbə endirmək üçün "ən yüksək səviyyədə hazırdır". Bunu Husi hökumətinin müdafiə naziri və üsyançı qüvvələrin komandanı Məhəmməd Nasir əl-Atifi deyib.
“Yəmən silahlı qüvvələri müxtəlif birləşmələri ilə sionist varlığın dərinliklərində ağrılı zərbələr endirməyə ən yüksək səviyyədə hazırdır.Biz silahlı qüvvələrdə sionist düşmənin bölgə və Yəmənə qarşı qoyduğu çətinliklərlə mübarizə aparmaq üçün uyğun və təsirli üsulları müəyyən etmək üçün aydın göstərişlər almışıq”, - deyə əl-Atifi Ənsar Allah hərbi rəhbərliyinin iclasında bildirib. Görüş Husilərə məxsus “Əl Məsirə” telekanalı tərəfindən yayımlanıb.
Onun sözlərinə görə, husi qüvvələrinin komandanlığı İsrail ərazisində raket və pilotsuz təyyarələrlə vurula biləcək hədəfləri müəyyən edib. “Biz hamını əmin edirik ki, sionist düşmənin cinayətlərinə müqavimət oxundan qaçılmaz cavab yaxınlaşır”, - deyə əl-Atifi vurğulayıb.
Yaxın Şərqdə vəziyyətin yeni kəskinləşməsi Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Həniyənin Tehranda və şiə Hizbullah hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şokrun Beyrutda qətlərindən sonra başlayıb. İran, Həmas və Hizbullah hadisəyə görə İsraili günahlandırıb və Haniyə və Şokrun öldürülməsini cavabsız qoymayacaqlarını bildiriblər. İranın dəstəklədiyi husilər də dəfələrlə İsrailin hərəkətlərinə hərbi cavab verilməsinin vacibliyini bildiriblər.