Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, səfər iki gün - sentyabrın 3-dək davam edəcək. Putinin Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxla görüşü nəzərdə tutulub.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçiriləcəyi planlaşdırılıb.