Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Kazanda keçiriləcək BRİCS sammitində İrəvanı təmsil edəcək.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər vertir.
Məlumata görə, oktyabrda keçiriləcək sammitdə Yerevanın iştirakını Ermənistanın Xarici İşlər Naziri Mnatsakan Safaryan da təsdiqləmişdi.
Qeyd edilib ki, İrəvan həmçinin, Müstəqil Dövlətlər Birliyi ölkələrinin qeyri-rəsmi sammitində də iştirak edəcək, lakin hansı formatda iştirak edəcəyi barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, sözügedən zirvə toplantısı 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək.